UEFA Çempionlar Liqasının pley-off mərhələsinə 3 oyunla start verilib.

Mia.az xəbər verir ki, "Qarabağ" səfərdə Zaqreb "Dinamo"suna 3:0 hesabı ilə uduzaraq mərhələ adlamaq şansını çətinləşdirib.

Qarşılaşmada meydan sahiblərinin qollarını 29-cu dəqiqədə Marko Pyaça, 75 və 80-ci dəqiqələrdə Kulenoviç vurub.

Pley-off mərhələsində daha bir qarşılaşma Norveçin "Bodo Qlimt" komandası ilə Serbiyanın “Srvena Zvezda” arasında olub.

Norveç komandası  evdə 2:1 hesabı ilə qalib gələrək Serbiyada keçiriləcək cavab görüşünə inamla yollanacaq.

Fransanın "Lill" komandası isə Çexiya təmsilçisi "Slaviya Praqa"nı qəbul edib. İkinci hissədə vurduğu qollarla rəqibini 2-0 məğlub edən "Lill" cavab görüşü öncəsi sərfəli hesabı cibinə qoyub.

Fərid Aslan
MİA.AZ