Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" səfərdə Zaqrebin "Dinamo" komandası ilə üz-üzə gəlib.

Mia.az xəbər verir ki, saat 23.00-da başlayan oyunun 29-cu dəqiqəsində ev sahibləri hesabı açıb - 1:0.

"Qarabağ" ilk hissədə bir neçə qol epizodu yaratsa da, şans komandamızın yanında olmayıb.

Beləliklə, ilk hissə bu hesabla başa çatıb - 1:0.

75-ci dəqiqədə "Dinamo"dan Sandro Kulenoviç hesabı artırıb - 2:0.

80-ci dəqiqədə isə Sandro Kulenoviç daha bir qola imza atıb - 3:0.

Oyun bu hesabla başa çatıb.

Qeyd edək ki, ikinci hissədə də komandamız çoxsaylı qol imkanlarını reallaşdıra bilməyib. 

Xatırladaq ki, bu komandalar arasında cavab oyunu avqustun 28-də Bakıda keçiriləcək.

Fərid Aslan

MİA.AZ