Bu yay transfer dövründə İspaniyanın "Real Madrid" klubuna pulsuz transfer olunan Kilian Mbappe keçmiş klubu PSJ-yə qarşı iddia qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, keçmiş klubundan alacağı 55 milyon avronun ödənilməsini tələb edib.

Məlumata görə, artıq onun şikayəti UEFA-ya təqdim olunub: "Futbolçu ona çatacaq 55 milyon avronun ödənişinin gecikdiriləcəyi təqdirdə PSJ-nin avrokuboklardan kənarlaşdırılmasını da istəyib..."

Xatırladaq ki, 25 yaşlı hücumçu PSJ-də 7 il forma geyinib.

Fərid Aslan

MİA.AZ