Türkiyədə futbolçu və məşqçilərin adının hallandığı sensasiyalı "gizli fond fırıldaqçılığı" işi üzrə məşhur baş məşqçi Fatih Terim ifadə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, həbsdə olan "Denizbank"ın şöbə müdiri Seçil Erzanla tanışlığı haqda suala cavabda bankın rəhbəri Hakan Ateşi işarə edib: "Seçil Erzana özəl bankirim olaraq etibar etdim, çünki o, "Denizbank"ın mənə məsləhət gördüyü şəxs idi. "Denizbank" baş direktoru Hakan Ateş mənim nüfuzumdan, etibarımdan sui-istifadə elədi".

Tertim ifadəsində Arda Turan, Emre Belözoğlu, Selcuk İnan və Musleranı bu qanunsuz fonda milyonlar yatırmağa sövq etmədiyini də deyib: "Onları bu qondama fonda sərmayə qoymağa yönəltməmişəm”.

Xatırladaq ki, Fatih Terim, Arda Turan, Fernando Muslera, Emre Belözoğlu və Selçuk İnan kimi tanınan şəxslər başda olmaaqla, 28 nəfər adıçəkilən bank tərəfindən aldadılıb. Onların birlikdə təxminən 25 milyon dolları fırıldaq yolu ilə ələ keçirilib.

İş üzrə hazırda Bodrum Ağır Cəza Məhkəməsində proses davam edir.

Fərid Aslan

MİA.AZ