Dövlət büdcədən milyonlar ayırıb "Kəpəz" üçün bütün standartlara cavab verən, yüksək səviyyəli baza tikib və Gəncə futbolunun hazırkı siması, "cahanşümül" İlqar Nadiriyə təhvil verib. Bazada iki təbii, bir süni örtüklü meydança var.

Amma İlqara elə gəlir ki, təbii örtüklü meydançalar elə-belə, göstəri üçün salınıb.

Belə olmasaydı, "Kəpəz"in əvəzedici komandası və akademiyanın yaş qrupları ev oyunlarının hamısını sünidə yox, təbii örtüklü meydanda keçirərdi.

Süni örtüklü meydança isə yüklənmədən keyfiyyətini itirib. Bəzi yerlərdə çuxurlar əmələ gəlib, örtüyün altı isə betondu. Hansısa yeniyetmə oyun və ya məşq zamanı bu çuxura yıxılsa, onun nəinki futbolçu, sağlam adam olması sual altına düşəcək.

Bir nəfər Nadiri cənablarına desin ki, dövlət bu bazanı gəncəli uşaqların futbolun sirlərini öyrənməsi üçün tikib, onları zədələmək üçün yox.

Görünən odu ki, Nadiri uşaqların sağlamlığını riskə atmaqla məşğuldur... 

İxtiyar Əsgərov

MİA.AZ

P.S.Yazı müəllifinn feysbuk-dakı hesabından götürülüb.