Türkiyə Superliqasının 2-ci turunda "Göztepe" - "Fənərbağça" matçının fasiləsində "Fənərbağça" prezidenti Ali Koça hücum edən "Göztepe "idarə heyətinin üzvü Fatih Özkan qarşı tərəfdən bu gün rəsmi üzr istəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, törətdiyi əmələ görə barəsində ev dustaqlığı qərarı çıxarılan Fatih Özkan bu gün yaydığıü zrxahlıq mesajında "Fənərbağça" klubu və şəxsən Ali Koçdan təkrar üzr istəyib.

Fərid Aslan

MİA.AZ