"Qalatasaray"ın "Beşiktaş"a böyük hesabla uduzduğu super kubok oyunundan sonra klubun iki oyunçusuna Rusiyadan rəsmi təklif gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kerem Aktürkoğlu və ötən mövsümün yarısında Almaniyadan transfer olunan Derrik Köhn üçün Moskvanın "Spartak" klubu 20+2 milyon avroluq rəsmi təklif göndərib.

Türkiyə mətbuatı yazır ki, "Qalatasaray" rəhbərliyi ümumilikdə 22 milyon avroluq təklifə müsbət yanaşır: "Böyük ehtimalla yaxın günlərdə rəsmi danışıqlar başlayacaq...".

Fərid

MİA.AZ