Rumıniya Milli Futbol Komandasının baş məşqçi postuna sürpriz şəxs gətirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kiyevin "Dinamo" komandasından istefa verdikdən  sonra işləmək niyyətində olmadığını bəyan edən 79 yaşlı Mirça Luçesku Rumıniya Milli Futbol Komandasının yeni baş məşqçisi təyin edilib.

Rumıniya Futbol Federasiyasından verilən açıqlamaya görə, onunla 2026-cı ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Luçesku vaxtilə “Qalatasaray” və “Beşiktaş”ın da baş məşqçisi olub.

Fərid ASLAN

MİA.AZ