İlk matçda 2-0 qalib gələn "Trabzonspor" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin revanşında da "Ruzomberok"a qarşı inamlı oynayıb.

Mia.az xəbər verir ki, Slovakiyanın “Ruzomberok” komandasını evində qəbul edən Trabzon komandası 65-ci dəqiqədə yeni transferi Denis Draquşun qolu ilə 1-0 qalib gəlib.

Beləliklə, iki oyunun nəticəsinə əsasən, 3-0 qalib gələn “Trabzonspor” növbəti turda "Visla Krakov" - "Rapid Vien" matçının qalibi ilə qarşılaşacaq.

Bu oyunun ilk qarşılaşması avqustun 8-də, cavab qarşılaşması isə avqustun 15-də keçiriləcək.

Fərid ASLAN

MİA.AZ