"Beşiktaş"da "yarpaq tökümü" davam edir.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Valentin Rozier, Tayfur Bingöl və Onur Bulutla yollarını ayıran klub bu gün daha iki məhur futbolçu - Ante Rebiç və Ajdin Hasiçlə də müqavilələri ləğv edib.

Məlumata görə, ötən mövsüm "Milan"dan transfer olunan Rebiç gözləntiləri doğrultmayıb: ""Beşiktaş"da cəmi 23 matçda meydana çıxan xorvatiyalı futbolçu 1 qol atıb, 4 məhsuldar ötürmə verib. Ötən mövsümü icarə əsasında Sarayevoda keçirən Hasiç də "Beşiktaş"da 13 matçda cəmi 2 qol atıb. Bu isə klubun yeni baş məşqçisini qane etməyib...".

Xəbərdə o da deyilir ki, klub hələ daha bir neçə futbolçu ilə yollarını ayıracaq. 

İtaliya mətbuatı isə yazır ki, İtaliyanın "Leççe" komandası Jan Onananı transfer etməyə çalışır.

Fərid Aslan

MİA.AZ