"Qalatasaray" klubu komandadan göndərilməsi gözlənilən mərakeşli Hakim Ziyeçlə bağlı qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Avstriyadakı hazırlıq matçlarında möhtəşəm oyunu ilə seçilən Hakim Ziyeç komandada qalacaq.

Klubdan bildirilib ki, 31 yaşlı sağ cinah hücumçusuna astronomik məbləöli transfer təklifi gəlməsə, o, komandadan göndərilməyəcək.

Xatırladaq ki, ötən mövsüm "Qalatasaray"ın heyətində 23 matçda oynayan futbolçu 8 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ