Bundesliqa çempionu "Bayer Leverkuzen" "Real Madrid"in türk oyunçusu Arda Güləri heyətinə qatmaq istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsədlə Alman klubu Madrid komandasının qapısını döyüb.

Bildirilib ki, Almaniya komandası Arda Güləri icarəyə götürmək istəyir.

Məlumatda deyilir ki, "Bayer"in bu təklifi "Real Madrid" tərəfindən geri çevrilib.

Xatırladaq ki, Arda Gülər ötən mövsüm cəmi 12 matçda “Real Madrid” formasını geyinib. O, bu oyunlarda 6 qol vurub.

Fərid Aslan

MİA.AZ