Sərvət Yardımçı Türkiyə Futbol Federasiyasının prezidentliyinə iddiasını geri çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, eyni zamanda, UEFA İcraiyyə Şurasının üzvü və UEFA Avropa Milli Federasiyalar Komitəsinin sədri vəzifələrindən də istefa verib.

Kifayət qədər tərəfdar və dəstəyə sahib olan Sərvət Yardımcı geri çəkilmə və istefasını şəxsinə qarşı aparılan iyrənc kampaniya ilə əlaqələndirib:

"Seçkidə qalib gəlmək üçün hələ də kifayət qədər imza və dəstəyimiz olsa da, böyük millətimizə hörmətlə bildirmək istəyirəm ki, TFF prezidentliyinə namizədliyimdən çəkilməklə yanaşı,  UEFA-dakı 7 illik vəzifəmdən getdim".

O bildirib ki, ən böyük məqsədi və arzusu türk futbolunda və UEFA-da qazandığım təcrübəni ölkəsinə gətirmək və Türk Futbolunun layiq olduğu marka dəyərini almasını təmin etmək olub: "Ancaq xarakterimə və tərbiyəmə tamamilə zidd, təcrübələrimlə heç vaxt uyğun gəlməyəcək böhtanlarla dolu çirkin əməliyyata məruz qaldım...".

Fərid

MİA.AZ