Vaxtilə "Qalatasaray"ın kapitanı olmuş Selcuk İnanın hazırda baş məşqçisi olduğu "Qaziantep FK" daha bir əcnəbi futbolçu transfer edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qaziantep FK" fransalı hücumçu Quentin Daubini heyətinə qatıb.

Klubdan verilən məlumata görə, 29 yaşlı təcrübəli yarımmüdafiəçi ilə 2 illik razılıq əldə olunub: "Yeni transferimiz Daubini salamlayır və ona böyük uğurlar arzulayırıq".

Xatırladaq ki, Daubin Fransa 2-ci Liqasınd aoynayan "Kaan"də çıxış edib. O, ötən mövsüm 35 matçda cəmi 1 qol vurub.

Fərid Aslan

MİA.AZ