ABŞ-da parkda silahlı insident bvaş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tennessi ştatının Memfis şəhərində parkda keçirilən əyləncə gecəsinə silahlı basqın olub.

Nəticədə 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Yerli polisin məlumatına görə,  200-300 nəfərin iştirak etdiyi mərasimə iki nəfər daxil olaraq qarşılarına çıxanları güllələyiblər: "Hadisə zamanı ümumilkdə 8 nəfə yaralanıb. Onlardan 2-si həyatını itirib, qalan 6 nəfər isə xəstəxanaya yerləşdirilib".

Polisdən bildirilib ki, hər 2 şübhəli qaçaraq gizlənə biliblər: "Hazırda onlar axtarılır".

Lamiyə Əhmədli

MİA.AZ