Küveyt ordusu son 24 saat ərzində İrandan Küveytə 18 PUA hücumu edildiyini açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada bildirilir ki, 13 PUA məhv edilib, 2 PUA isə Küveyt Milli Neft Şirkətinin iki əməliyyat bölməsini hədəf alaraq kiçik yanğınlara səbəb olub.

Yanğınlar nəzarət altına alınıb və heç bir itki qeydə alınmayıb.

Digər 3 PUA isə "təhdid zonası"nın xaricində qəzaya uğrayıb.

Firudin Səfərli

MİA.AZ