ABŞ Dövlət Departamenti BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanesenin "İsrailin Qəzzada Fələstin xalqına qarşı soyqırım törədib" hesabatına qarşı çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə suallara cavabda deyib.

O bildirib ki, Fələstin üzrə xüsusi məruzəçinin dünən açıqlanan hesabatında "İsrailin Qəzzada Fələstin xalqına qarşı hərəkətləri soyqırım həddini keçib" fikri ABŞ üçün qəbuledilməzdir: "İsrail hərbçiləri bəzi hallarda hərbi cinayətlər törədə biləır, ancaq soyqıırmla bağölı iddialar mümkün deyil, qəbuledilməzdir. İsrail Qəzzada soyqırım törətməyib. Bu səbəbdən məruzəçinin hesabatı narahatlıq yaradır. Çünki daha əvvəl də dediyimiz kimi, İsrailə qarşı soyqırım iddiaları əsassızdır. Bununla belə, Qəzzada dinc insanların ölümünün çoxluğu bizi narahat eüdir və bunu hər fürsətdə İsrail hökumətinə bildiririk".

Lamiyə Əhmədli

MİA.AZ