"Suriya ilə sərhəddə 2-si terrorçu olmaqla 18 nəfər ələ keçirilib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, tutulanlardan birinin İŞİD, digəri isə PKK/KCK/PYD-YPG terror təşkilatı üzvüdür: "Sərhədlərimizdə qeyri-qanuni keçidlərə qarşı mübarizəmiz davam edir. Sərhəd Qartallarımız Suriyadan qeyri-qanuni yollarla ölkəmizə keçməyə cəhd edən 18 nəfəri yaxalayıb. Aparılan araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 1-nin İŞİD, 1-nin isə PKK-çı olduğu müəyyən edilib".
Lamiyə
Mia.az