"Qəzza zolağında plana uyğun olaraq yavaş-yavaş irəliləyirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü, admiral Daniel Hagari mətbuat konfransında deyib.
O bildirib ki, ordu qurudan tədricən, plan üzrə irəliləyir: "Hərbi qüvvələrimiz Qəzzada onlarla yaraqlını məhv edib. Biz yavaş-yavaş, itki vermədən plana uyğun içərilərə doğru irəliləyəcəyik".
Admiral əmin edib ki, İsrail HƏMAS yaraqlıları üzərində tamamilə layiqli qələbəni təmin edəcək.
Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlamasından sonra qarşı tərəf Qəzzaya güclü zərbələr endirməyə başlayıb.
İsrail rəsmiləri okryabrın 7-dən bu günədək 311-i əsgər olmaqla 1400 israillinin savaşda həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb.
Samir Musayev
MİA.AZ