İsrail ordusu Livanın cənubunu ağır artilleriya atəşinə tutub.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.
Bildirilib ki, İsrail Livanın Mervahin, Bustan, Lebveniye, Zibkin və Maadi şəhərləri ətrafındakı əraziləri ağır artilleriya atəşi ilə yanğöın yerinə çevirib.
Livanın cənub bölgəsinə nəzarət edən "Hizbullah" isə İsrailin Şeba Farms və Əl-Malikiyyədəki hərbi məntəqələrinə hücum təşkil etdiyini rəsmən təsdiqləyib: "İsrail hədəfləri tam dəqiqliklə vuruldu...".
Tahir
MİA.AZ