Prezident Rəcəb Tayyib Ərdoğan noyabr ayında Almaniyaya rəsmi səfər edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ticarət naziri Ömər Bolat məlumat paylaşıb.
O bildirib ki, Rəcəb Tayyib Ərdoğanın 17-18 noyabr tarixlərində Almaniyada olacaq.
Ərdoğanın səfərinin gündəmində Gömrük İttifaqının yenilənməsi məsələsinin də yer aldığını açıqlayan nazirin sözlərinə görə, Almaniya ilə Türkiyə aarsında ticarət dövriyyyəsi son illər xeyli artılb: "Bu səfərlə əlaqələr daha da güclənəcək, dövriyyə böyüyəcək".
Firudin Səfərli
MİA.AZ