"Fələstin-İsrail münaqişələrində ikili standartlı yanaşmaları tamamilə rədd edirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qətərin Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani paytaxt Dohada Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdə deyib.
Türkiyənin Fələstin davasına dəstəyinin əhəmiyyətini vurğulayan Əl Sani bildirib ki, bu, hazırkı zamanda mühümdür: "Türkiyə kimi güclü bir ölkənin mövqeyini yüksək qiymətləndiririk".
XİN başçısının sözlərinə görə, Qətər mülki insanların öldürülməsinə qarşı sarsılmaz mövqeyə sahibdir: "Beynəlxalq hüquq Qəzzada öldürülən mülki insanlarıa görə məsuliyyət daşımalıdır".
Lamiyə
MİA.AZ