"Oktyabrın 7-də ölkəmizə hücum edən HƏMAS yaraqlılarına edam cəzası vermək üçün xüsusi hərbi məhkəmə yaradılmalıdır"
Mia.az Türkiyə mətbauata istinadla xəbər verir ki, bu sözləri İsrailin energetika naziri İsrael Katz X sosial media hesabında yazlb.
“Mən Ədliyyə naziri Yariv Levini HƏMAS-ın, nasistlərin və onların tərəfdaşlarının cinayətləri ilə bağlı qanunları icra edəcək xüsusi hərbi məhkəmə yaratmağa və vətəndaşlarımızı öldürən və zorlayanlara ölüm cəzası verməyə çağırdım".
Nazir deyib ki, HƏMAS yaraqlıları 7 oktyabrda İsrail dövlətinə hücum zamanı etdikləri vəhşilikləri lentə alıblar: "Bir daha bu cür hallar heç vaxt olmamalıdır!".
Tahir Şəlvəli
MİA.AZ