Böyük Britaniya Livandakı vətəndaşlarına təcili bu ölkəni ölkəni tərk etməyı çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyi xüsusi açıqlama yayıb.
Nazirlik vətəndaşlarına səslənərək, Livana qətiyyən səyahət etməməyi tövsiyyə edib: "Livanda vəziyyət qeyri-sabitdir və sürətlə pisləşmə doğru gedir. Ona görə, təcili bu ölkəni tərk edin. Çünki fövqəladə vəziyyət zamanı sizi evakuasiya edə bilməyəcəyik".
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Livanın paytaxtı Beyrut səfirliyindən bütün diplomatları və onların ailələrini hava qüvvələrinə məxsus təyyarə ilə çıxarıb.
Zülfiyyə
MİA.AZ