İsrail Qəzzaya hava zərbələrini davam etdirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün az əvvəl İsrailın döyüş təyyarələri şəhərdəki Şifa xəstəxanası yaxınlığındakı yaşayış məntəqələrini bombalayıb.
Qəzza Şifa Xəstəxanasının həkimi Fadya Malhis bu bombalama ilə bağlı "TRT Haber"in canlı yayımında telefonla əlaqə saxlayıb və göz yaşları içində kömək istəyib.
Firudun Səfərli
MİA.AZ