Suriyanın şimalında 2 terrorçu zərərsizləşdirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Suriyanın şimalındakı "Barış pınarı" bölgəsinə hücuma hazırlaşdıqları təsbit edilən 2 PKK/YPG terrorçusu məhv edilib: “Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında hücuma hazırlaşdığını aşkarladıqları 2 PKK/YPG terrorçusunu xain məqsədlərinə çatmamış zərərsizləşdirib. Terrorçuların qaçılmaz sonu aydındır!".
Firudin Səfərli
MİA.AZ