Türkiyənin paytaxtı Ankarada silahlı terror təşkilatı İŞİD-ə qarşı yeni əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara polisi məlumat paylaşıb.
Məlumatda deyilir kii, terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində 39 ünvanda eyni vaxtda əməliyyat keçirilib: "Əməliyyatla 31-i İraq, 2-si Suriya vətəndaşı olmaqla, ümumilikdə 33 nəfər İŞİD üzvü olmaqda şübhəli bilinərək saxlanılıblar".
Xəbərə görə, daha 6 şübhəlinin tutulması istiqamətində axtarışlar davam edir.
Firudun Səfərli
MİA.AZ