İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinliləri həbs edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar Dərnəyi məlumat verib.
Bildirilib ki, İsrail qüvvələri İordan çayının qərb sahilində gecə saatlarında başladıqları həbs əməliyyatlarını səhər saatlarında da davam etdirib: "İordan çayının qərb sahilinin Ramallah, Hebron, Beytləhm, Nablus və Tulkərim şəhərlərində aralarında Qanunvericilik Şurasının üzvləri, 2 jurnalist və keçmiş məhbusların da olduğu 80 fələstinli İsrail hərbçiləri tərəfindən saxlanılıb. Bununla da 7 oktyabrdan bəri İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayı 930-u keçib".
Samir
MİA.AZ