Türkiyənin paytaxtı Ankarada FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Respublika Prokurorluğundan verilən məlumata görə, FETÖ-nün gizli "struktur"u ilə bağlı yeni istintaqa başlayıb: "İstintaq çərçivəsində FETÖ-nün gizli ünsiyyət proqramından istifadə edən və təşkilat daxilində müxtəlif fəaliyyətlərlə məşğul olan daha 8 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib".

Prokurorliq saxlanılan şəxslərin adlarını açıqlamasa da, əməliyyatın davam etdiyini bəyan edib.

Zülfiyyə

MİA.AZ