"Ukraynaya məxsus daha 28 PUA-nı məhv etdik"
Mia.az Rusiya mətbuatına istinadla xəbər vErir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi bildirib ki, gecə saatlarında Belqorod və Kursk vilayətlərinin hava məkanında və Qara dəniz sularında Ukraynaya məxsus 28 pilotsuz uçuş aparatı (PUA) vurulub.
MN Ukraynadakı bəzi hədəfləri də sıradan çıxardıqlarını açıqlayıb.
Lamiyə Əhmədli
MİA.AZ