Kanadanın Baş naziri Castin Trüdo İsrailin Qəzza zolağındakı Əl Əhli Ərəb Xəstəxanası bombalamasını pisləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Trüdo xəstəxanaya zərbəni dəhşətli və qəbuledilməz sayıb: "Qəzzadan gələn xəbərlər dəhşətli və qətiyyən qəbuledilməzdir. Beynəlxalq hüquqa hörmət edilməlidir. Müharibənin öz qaydası var, xəstəxananı vurmaq qəbuledilməzdir”.
Xatırladaq ki, xəstəxananın bombalanması nəticəsində aralarında uşaq və qadınların olduğu ən azı 500 mülki şəxs ölüb.
Samir Musayev
MİA.AZ