"Baydenin səfəri Qəzzada mümkün quru əməliyyatını bir qədər gecikdirəcək”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş direktoru Amos Yadlin deyib.
O bildiirb ki, ABŞ prezidenti Co Baydenin İsrailə səfəri ordunun blokada altındakı Qəzza zolağına gözlənilən quru əməliyyatını ləngidəcək.
O, İsrail radiosuna açıqlamasında hücumun əsla təxirə salınmayacağın bildirib: "İsrail ordusunun Qəzzaya quru əməliyyatı qərarı qətidir. Yeganə problem onun doğru zamanda başlamasıdır".
Tahir Şəlvəli
MİA.AZ