Rusiya müxtəlif istiqamətlərdən raket və PUA-larla Ukraynaya hücum edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama verib.
Bildirilib ki, ruslar gecə saatlarında ballistik raket sistemi, hava zərbələri və PUA-lardan istifadə edərək müxtəlif istiqamətlərdən Ukraynaya hücumu artırıb.
Məlumata görə, Rusiya "İsgəndər" raketləri daxil, bir neçə texnika ilə Dnepr zonası başda olmaqla bir neçə istiqamətə zərbələr endirib.
Məlumatda ölən və yaralananlar, o cümlədən dağıntılar haqqında ətraflı informasiya verilməyib.
Tahir
MİA.AZ