Əfqanıstanın Pol-e-Xomri şəhərində bir məsciddə cümə namazı vaxtı hücumolub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Mədəniyyət Departamenti məlumat yayıb.

Bildirilib ki, "İmam Zaman" məscidində bombalı hücum olub: "Baş verən partlayışda xeyli ölən və yaralananlar var”

Məlumatda ölən və yaralananların sayı ilə bağlı dəqiq rəqəm açıqlanmayıb: "Ölü və yaralı sayı dəqiqləşdirilir".

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Zülfiyyə

MİA.AZ