Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminisrtrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığında bölgədəki humanitar vəziyyət, sülhün təmin edilməsi istiqamətində görülən işlər və günü-gündən daha da dərinləşən İsrail-Fələstin münaqişələri çərçivəsində atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan Qəzzada günahsız mülki vətəndaşlara qarşı insan haqlarının pozulmasının qəbuledilməz olduğunu, Türkiyənin onlara yardım göstərmək üçün səy göstərdiyini, başda Qərb dövlətlərinin gərginliyin azaldılması üçün addımlar atmalı olduğunu söyləyib: "Problemin qalıcı şəkildə aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət Türkiyənin iki dövlətli həllə əsaslanan təkliflərinə qulaq asması lazımdır"
Lamiyə
MİA.AZ