İsrail ordusunun HƏMAS yaraqlıları ilə toqquşmada daha 12 hərbçisi həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi açqlama yayıb.
Bildirilib ki, İordan çayının qərb sahilində xidmət edən Yəhuda və Samira Diviziyasından biri yüksək rütbəli zabit də olmaqla, 12 əsgərin həlak olma xəbəri ailələrinə verilib.
İsrailin Kanal 12 televiziyasının məlumatına görə, həlak olan hərbçilərdən 4-ü Livanla sərhəddəki toqquşmada həyatları ilə vidalaşıblar: "Bununla da oktyabrın 7-dən bu yana həlak olan İsrail hərbçilərinin sayı 246-ya yüksəlib".
Lamiyə Əhmədli
MİA.AZ