ABŞ prezidenti Bayden və vitse prezidetn Kamala Harris İsrailin baş naziri Netanyahu ilə telefonda danışıb

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamaya görə, telefon danışıqlarında ABŞ-ın “İsrailin özünü müdafiə etməsi və xalqını qoruması prosesində” İsrailə dəstəyini davam etdirəcəyinə vəd verilib.

Liderlər “Həmas terrorçularının misli görünməmiş və dəhşətli hücumları” qarşısında müntəzəm əlaqə saxlamağa razılaşıblar.

Lamiyə Əhmədli

MİA.AZ