Rusiya bu gün yenidən Ukraynanın Xarkov şəhərinə havadan zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bugünkü hücumda daha 2 mülki şəxs həlak olub.
Məlumata görə, ölənlər 10 yaşlı uşaq və nənəsi olub, 28 nəfər isə yaralanıb.
Xatırladaq ki, dünən endirilən hava zərbələr nəticəsində 50 nəfər ölüb.
Buna görə Xarkovda üç günlük matəm elan olunub.
Tahir
MİA.AZ