Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terrorizmlə bağlı axtarışda olanlar siyahısında "narıncı" kateqoriyasında "Silahlı terror təşkilatı FETÖ üzvü olmaq" maddəsi ilə axtarışda olan Koray Vuralı Tacikistanda həbs edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq o, Türkiyəyə gətirilib
Məlumata görə, FETÖ-nün rəhbərliyi ilə Tacikistana gedən və təşkilat daxilində müxtəlif rəhbər vəzifələrdə çalışan Vural Orta Asiya və Tacikistanda təşkilatçılıq fəaliyyətini təşkil edən əsas simalar arasında olub: "Tacikistanda olduğu müddətdə tez-tez Pensilvaniyaya gedən və FETÖ lideri Fətullah Güləndən təlimat alan Vuralın FETÖ üzvü Emsal Koçun həbs olunaraq Türkiyəyə gətirilməsindən sonra Tacikistandan qaçmaq üçün planlar qurduğu müəyyən edilib. Lakin onun planını icra etməsinə imkan vermədən qollarına qandal vurulub".
Firudun Səfərli
MİA.AZ