Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), Təhlükəsizlik Baş İdarəsi (EGM) və Şanlıurfa Baş Prokurorluğu PKK-ya qarşı ölkənin 18 şəhərində eyni anda birgə əməliyyat keçiriblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "yatan hücrə"lərə qarşı Şanlıurfa, İstanbul, Antalya, Adana, Bursa, Diyarbakır, Qaziantep, Mardin, Mersin, Dənizli, Konya, Kayseri, Batman, Isparta, Balıkəsir, Şırnak, Kocaeli və Amasyada keçirilən əməliyyatla PKK-nın 90-a yaxın üzvü saxlanılıb.
Məlumata görə, onların arasında PKK-nın "kəşfiyyat qolu"na daxil olanlar üstünlük təşkil edib.
Tahir
MİA.AZ