Misir prezidenti Əbdülfəttah əs-Sisi dekabrda keçiriləcək prezident seçkilərinə qatılacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
Əbdülfəttah əs-Sisi bildirib ki, dekabrda keçiriləcək prezident seçkilərində namizəd olacaq.
Xatırladaq ki, 2014-cü ildən Misirin prezidenti olan keçmiş Baş Qərargah rəisi Sisinin 2030-cu ilə qədər vəzifədə qalmasına imkan verən konstitusiya dəyişikliyi olub. Bununla da o, 3-cü dəfə prezident seçilmək şansı qazanıb.
Onu da qeyd edək ki, Sisi 2013-cü ildə demokratik yolla seçilmiş Məhəmməd Mursinin devrilməsindən sonra hakimiyyətə gəlib. O, 2014 və 2018-ci illərdə keçirilən prezident seçkilərində 97 faiz səslə qalib gəlib.
Tahir
MİA.AZ