Misirin İsmailiyyə şəhərində yerləşən Polis İdarəsində gecə saatlarında yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanğın çoxmərtəbəli inzibatı binanı qısa zamanda ağuşuna alıb.

Məlumata görə, səhərə yaxın binadakı yanğın nəzarətə alınıb: "Binanın böyük bir hissəsi tamamilə yanıb".

Məlumatda hadisədə ölən olmadığı, ancaq 40-dək yaralı olduğu qeyd edilib.

Firudun Səfərli

MİA.AZ