Muğla sahillərində boğulmaqda olan 24 miqrant qurtarlılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Muğlanın Datça rayonu sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqdan 24 qeyri-qanuni mühacir xilas edilib.
Sahil Mühafizə Komandanlığının açıqlamasına görə, Datça sahillərində rezin qayıqda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə bölgəyə qrup göndərilib.
Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqda olan 24 qeyri-qanuni mühacir sahilə çıxarılıb.
Qeyri-qanuni immiqrantlar əməliyyatlarından sonra İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Zülfiyyə
MİA.AZ