Türkiyənin Zonguldak şəhərinin  Kozlu rayonunda bir nəfər quyuda çarəsiz vəziyyətdə qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə yerinə yetişən xilasedicilər 61 yaşlı Ünal Okumuş düşdüyü quyudan xilas ediblər.

Məlumata görə, Ünal Okumuş kəndirlə çıxarılaraq xəstəxanaya aparılıb, onun vəziyyəti kafidir.

Zülfiyyə

MİA.AZ