Ötən şənbə günü Rusiyanın muzdlu “Vaqner” qrupuna məxsus hərbi təyyarənin Malidəki Qao hava limanında uçuş-enmə zolağından çıxması nəticəsində ölənlərin sayı bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Vaqner”ə aid “İlyuşin İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 410 Mali və Vaqner əsgərləri həlak olublar.
Məlumata görə, enişdən sonra uçuş-enmə zolağında irəliləməyə davam edən təyyarə uçuş-enmə zolağından çıxaraq aşan yük təyyarəsi bir anın içində alovlanıb.
Xəbərdə deyilir ki, qəzada ölənlər arasında rus pilotlaır da var: "Qəzaya təyyarənin yanacaq çənindəki nasazlıq səbəb olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb".
Xatırladaq ki, Malidəki Qao hava limanından Mali əsgərləri, Vaqner muzdluları və BMT-nin sabitləşdirmə missiyasının hərbi personalı istifadə edir.
Lamiyyə Əhmədli
MİA.AZ