İyulun 6-dan Hindistanda itkin düşən 2 tələbənin öldürülmə faktının ortaya çıxması Manipur əyalətində yüzlərlə tələbənin ayağa qalxmasına səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Manipur əyalətində yüzlərlə tələbə etiraz aksiyası keçirib. Onlar səlahiyyətli orqanlardan cinayətkarların dərhal tapılaraq cəzalandırılmasını tələb ediblər.
Məlumata görə, bir müddətdir etnik zorakılıqlara tez-tez səhnə olan əyalətin paytaxtı İmfalda yüzlərlə tələbənin “qurbanlara ədalət” şüarları ilə keçirdiyi aksiyaya polis və hərbçilərdən ibarət qüvvələr müdaxilə ediblər. Onlar nümayişçiləri gözyaşardıcı qaz və tüstü bombaları ilə dağıtmağa çalışıblar.
Nəticədə ən azı 47 tələbə yaralanıb: "Aksiya isə davam edir".
Zülfiyyə
MİA.AZ