İraqın Mosul şəhərində şadlıq sarayında faciə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 800 nəfərin qatıldığı toyda bəylə gəlin rəqs edərkən təşkil olunan atəşfəşanlıq dəhşətli yanğına səbəb olub.
Məlumata görə, yanğın nəticəsində toy iştirakçılarından azə 113 nəfər ölüb, 150 nəfər isə yaralanıb.
Daxili işlər naziri Əbdüləmir Şammarinin faktı təsdiqləyib və bildirib ki, hadisənin səbəbləri araşdırılır.
Mosul Səhiyyə Departamentindən isə deyilib ki, yaralılardan çoxunun vəziyyəti ağırdır: "Onların müalicəsi davam edir. Ölənlərin sayı arta bilər".
Tahir
MİA.AZ