Birləşmiş Ştatlar Polşaya ordusunu modernləşdirməyə kömək etmək üçün ona 2 milyard dollarlıq "Xarici Hərbi Maliyyələşdirmə krediti" verəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yazılı açıqlama yayıb.
Bildirilib ki, artıq bu barədə müqavilə imzalanıb: "ABŞ-ın “sadiq müttəfiqi” olan Polşanın təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Polşa həm də Ukraynaya beynəlxalq yardımın çatdırılmasında mərkəzi rol oynayır ki, bu baxımdan bu ölkənin güclü ordusu mühimdir".
Bəyanatda qeyd olunub ki, Polşa bu pulla kööhnə rus texnikasından xilas olaraq modern silahlara sahib olmaq yolunda xeyli irəliləyəcək.
Samir Musayev
MİA.AZ