ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada əməliyyat keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb.
Bildirilib ki, əməliyyatla İŞİD-in Suriyadakı əməliyyatlarına cavabdeh olan "yüksək səviyyəli məsul rəsmiləri"ndən Əbu Xəlil Əl Fədani saxlanılıb: "Əməliyyat zamanı heç bir mülki şəxsə və əmlaka zərər dəyməyib".
CENTCOM-un məlumatına görə, bölgədə İŞİD tamamilə məhv edilənə qədər dayanmayacaqlar.
Tahir Şəlvəli
MİA.AZ