Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sevastopolun Rusiya tərəfindən təyin olunan qubernatoru Mixail Razvojayev açıqlama verib.
O bildirib ki, zərbəni Ukrayna ordusu endirib: "Düşmən (Ukraynanı nəzərdə tutur - Mia.az) hərbi-dəniz qərargahına raket zərbəsi endirib. Onlardan biir də Lunaçarski teatrının yanına düşüb..."
Hadisə yerinə bütün fövqəladə hallar xidmətlərinin göndərildiyi deyən R.Razvocayev bildirib ki, öln və yaralıların olub-olmaması barədə dəqiqləşmə aparılır: "Camaatdan xahiş edirk ki, hadisə yerindən foto və videolar çəkib sosial şəbəkələrdə paylaşmasınlar. Çünki növbəti raket hücumu ola bilər.
Vətəndaşlara üz tutb xahiş edirəm: şəhərin mərkəzinə toplanmayın, evinizdə qalın!".
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı və Sevastopolu ilhaq edib.
Zülfiyyə
MİA.AZ